“Gənc istedadlar” liseyinin 7 şagirdi Lütfi Zadə adına məntiq olimpiadasında qalib olub

“Gənc istedadlar” liseyinin 7 şagirdi Lütfi Zadə adına məntiq olimpiadasında qalib olub Lütfi Zadə adına məntiq olimpiadasında Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qalib olub.
Liseyin şagirdləri Məhəmməd Salmanov və Alikamal Salman I yerə, Sulduz Hacıyev və Aqşin Hüseynli II yerə, Nəzrin Abdullazadə, Mehri Qasımzadə və Aysu Abbasova III yerə layiq görülüblər.
Xatırladaq ki, olimpiada Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında keçirilib. Ümumilikdə 65 şagird olimpiadanın qalibi olub.

Tehsil-press.az


Oxşar xəbərlər