Belə ki, qanuna əsasən, bakalavrlar üçün 24 yaş, magistrlar üçün isə 26 yaş həddi müəyyən olunub. Yəni, əgər vətəndaşın 24 yaşı tamam olubsa, artıq ona təhsil üçün hərbi xidmətdən möhlət verilməyəcək.
Hazırda təhsilini davam etdirən və 24 yaşını tamamlayan tələbələrin hərbi xidmətə çağırılıb-çağırılmaması isə maraq doğurur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda 29 dekabr 2024-cü il tarixdə təsdiqlənən dəyişiklikdən öncə təhsil alan çağırışçılara müvafiq dəyişikliklər əsasında müəyyənləşdirilmiş yaş məhdudiyyətləri tətbiq olunmur.
Onun sözlərinə görə, qanunda qeyd olunmuş yaş məhdudiyyətləri dəyişikliklərin təsdiq olunduğu tarixdən sonra ali təhsil müəssisələrinə daxil olan çağırışçılara şamil edilir.
Tehsil-press.az