
Bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alınıb, sərhəd pozucuları sərhəd naryadlarının qanuni əmrlərinə tabe olmayıb və qaçaqmalı sərhədboyu zolaqda ataraq geri qaçıblar.
O cümlədən, fevralın 3-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub və ”dayan” əmri verilib. Sərhəd pozucusu əlindəki bağlamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olunmuş 4 ədəd bağlamada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tiryək”, 105 qram “marixuana”, həmçinin 190 ədəd “tramol 225” markalı həb, 175 ml “mydrax” markalı narkotik tərkibli məhlul aşkar edilərək götürülüb.
Fevralın 4-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd naryadı tərəfindən alınıb.
Tehsil-press.az