Azərbaycanda banka maskalı basqın edildi - Açıqlama

Azərbaycanda banka maskalı basqın edildi - Açıqlama Gəncədə oğurluq hadisəsi baş verib.

Tehsil-press.az Azvision.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında “Bank of Baku”nun Nəriman Nərimanov prospektində yerləşən filialında qeydə alınıb.
İlkin ehtimala görə, maskalı şəxslər bankın nəfəsləndirmə pəncərəsindəki dəmir barmaqlıqları qıraraq içəri daxil olublar. Hadisə yerinə polis əməkdaşları gəlsə də, oğruları tutmaq mümkün olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.
“Bank of Baku” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi baş verən faktla bağlı "Qafqazinfo"nun soğrusunu cavablandırıb. Bankdan bildirilib ki, filialın içərisinə daxil olmağa cəhd edilib, lakin polis tərəfindən vaxtında müdaxilə olunub. Heç bir itki yoxdur, filial işini davam etdirir.


Tehsil-press.az

Oxşar xəbərlər