BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının müdiri, professor Rəfail Həsənov urbanizasiyanın sosial bərabərsizlik, sosial təcrid, nəqliyyat və infrastruktur sahələrində yaratdığı problemlər barədə məlumat verib. Bu problemlərlə bağlı sosial tədqiqatların aparılmasının günün tələbi olduğunu bildirib.
Sosial elmlər və psixologiya fakültəsinin sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, Sosiologiya kafedrasının dosentləri Hörmət Cavadova və Sevil İsmayılova, kafedranın müəllimi Südabə Haşımova urbanizasiya prosesinin sosial münasibətlərə təsiri və kiber urbanizasiyanın qlobal xarakteri haqqında danışıblar. Vurğulanıb ki, kiber urbanizasiya urbanizasiyanın artıq coğrafi sərhədləri aşaraq qlobal xarakter almasının bariz nümunəsidir. Bu, insanların fiziki şəhərlərlə yanaşı, virtual şəhər mühitlərində də “yaşaması”, işləməsi və sosiallaşması deməkdir. Bu mənada urbanizasiya və kiber urbanizasiya birlikdə müasir cəmiyyətin sosial strukturunu yenidən formalaşdıran əsas amillərdən biridir. Gələcəkdə şəhərlərin yalnız fiziki infrastrukturu deyil, rəqəmsal ekosistemi insanların sosial rifahını müəyyən edən əsas göstəricilərdən olacaq.
Dəyirmi masa mövzu ətrafında diskussiya ilə davam edib.
Tehsil-press.az








