Pişikotunun inanılmaz FAYDASI: Müntəzəm olaraq istifadə ediləndə...

Pişikotunun inanılmaz FAYDASI: Müntəzəm olaraq istifadə ediləndə... Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur.
Pişikotu əsasən güclü sakitləşdirici vasitə tanınır və kimi istifadə olunur. Dəmləməsi, ekstraktı baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir.
Körpələr üçün pişikotu dəmləməsi əlavə olunmuş vannalar çox xeyirlidir - yaxşı sakitləşdirir, tez yuxuya getməyə kömək edir.
Pişikotu həm də ürək-damar sistemi xəstəliklərində və pozulmalarında da yaxşı kömək edir. Taxikardiya, hipertoniya, ürəkdə ağrılar zamanı pişikotu geniş istifadə olunur. Bitki qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir.
Pişikotu tək sinir və ürək-damar sisteminə deyil, mədə-bağırsaq sisteminə də müalicəvi təsir edir. Güclü spazmolitik xüsusiyyətlərinə malik olan pişikotu qida borusu, bağırsaq, mədə spazmları zamanı çox yaxşı effekt verir, köpdən azad edir, qəbizlik zamanı xeyirlidir, mədə şirəsinin ifrazını artırır, iştahanı yaxşılaşdırır.
Pişikotu qaraciyər və öd kisəsinin fəaliyyətinə müsbət təsir edir, orqanizmi qurdlardan təmizləyir.
Bundan əlavə pişikotu bronxial astma, neyrodermit, ağ ciyər iltihabı zamanı da istifadə olunur.

Tehsil-press.az

Oxşar xəbərlər