Putinin üzərinə şərab tökən adam kimdir?

Putinin üzərinə şərab tökən adam kimdir? Rejissor Nikita Mixalkov Rusiya Prezidenti Vladimir Putinin üzərinə şərab tökən dostunun kimliyini açıqlamayıb.

Bu barədə o, “Moskva. Kreml. Putin” verilişində jurnalist Pavel Zarubinin sualını cavablandırıb.

“Əgər Putin sizə onun kim olduğunu deməyibsə və mən həmin adamı ifşa etsəm, o zaman yanında necə görünərəm? Təsəvvür edə bilirsiniz?”, – rejissor vurğulayıb.

Qeyd edək ki, Mixalkovun ad günü şənliklərindən birində tədbir zamanı qonaqlardan biri təsadüfən Putinin üzərinə şərab töküb.

Prezidentin sözlərinə görə, kişi çox üzr istəyib və spirtli içki qəbul etməyi tamamilə dayandıracağına söz verib. Lakin Prezident zarafatla onun vədinə əməl etmədiyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər