Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün ŞƏRT

Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün ŞƏRT ABŞ Prezidenti Donald Tramp və komandası seçki strategiyası çərçivəsində 2020-ci ildə onun administrasiyası ilə başladılan diplomatik təşəbbüs “İbrahim sazişləri”nin ("Abraham Accords") genişləndirilməsi üzərində işləyir.

Bu barədə “Reuters” danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri sazişlərin potensial yeni iştirakçıları kimi nəzərdən keçirilir. Bu ölkələrin İsraillə artıq rəsmi əlaqələri olsa da, Tramp iqtisadiyyat, təhlükəsizlik və infrastruktur sahələrində daha sıx əməkdaşlığı təmin edərək, təşəbbüs çərçivəsində onlara formal struktur vermək niyyətindədir.

“Reuters” agentliyinin məlumatına görə, Azərbaycanın iştirakının əsas şərtlərindən biri Ermənistanla sülhə nail olmaqdır. Trampın komandasındakı mənbələr vurğulayıblar ki, Prezident Tramp Bakı ilə İrəvan arasında mümkün razılaşmanı postsovet məkanında diplomatik arxitekturanın genişləndirilməsində “vacib addım” hesab edir.

Danışıqlara Trampın uzunmüddətli müttəfiqi, onun kampaniyasının xarici siyasət məqsədlərinin həyata keçirilməsində mühüm rol oynamış Stiv Vitkof rəhbərlik edir. May ayında o, Bakıda olub.

Həmçinin qeyd edilir ki, Vitkofa danışıqlarda əvvəllər regional məsələlər üzrə xüsusi elçi postunu tutan Ari Laytstoun kömək edir:

“Digər Mərkəzi Asiya ölkələrinin (o cümlədən Özbəkistan və Qazaxıstanın) daxil edilməsi məsələsi ilkin müzakirələr mərhələsindədir”.

Tramp administrasiyası buna şərh verməkdən imtina edib. Azərbaycan nümayəndələri isə danışıqlar faktını təsdiqləməsələr də, təkzib etməyiblər.

“İbrahim Sazişləri” təşəbbüsünün özü bir vaxtlar İsraillə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan arasında münasibətlərin normallaşmasına gətirib çıxarıb və Tramp komandası tərəfindən xarici siyasətin əsas uğurlarından biri hesab olunur.

2020–2021-ci illərdə İsrail dövləti və bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılması üçün imzalanmış müqavilədir. Müqavilələrin adı, inancı bütün tövhidi dinlərdə — İudaizm, Xristianlıq, İslam — əksini tapan ilk (peyğəmbər) Avraamın adı ilə əlaqəlidir.

Tehsil-press.az

Oxşar xəbərlər