Bu münasibətlə NDU-nun rektoru Elbrus İsayev “Azərbaycan Universitetləri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman ilə görüşüb.
Rektor universitetin tarixi inkişaf yolundan söz açıb, bu gün əldə olunan nailiyyətlərdən və irəlidə gözlənilən yeniliklərdən bəhs edib. Universitetin çoxşaxəli kadr hazırlığı və tələbəyönümlü təhsil siyasəti haqqında danışıb. Elbrus İsayev qeyd olunanlar fonunda xüsusilə təhsil yeniliklərini ictimailəşdirmək baxımından Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlıqda maraqlı və təşəbbüskar olduğunu ifadə edib. Eləcə də günün tələbi olan sosial media platformalarında düzgün iştirakın gərəkli olduğunu, operativ informasiyanın çatdırılmasında sosial şəbəkələrin müsbət fəaliyyətini vurğulayıb. Bu mənada rektor “Azərbaycan Universitetləri” facebook səhifəsi ilə uğurlu əməkdaşlığı yüksək dəyərləndirib.
Görüşdə “Azərbaycan Universitetləri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman 2011-ci ildən yaradılan səhifənin fəaliyyəti, strategiyası haqqında məlumatları bölüşüb. Platformanın 14 illik fəaliyyəti dövründə təhsil sahəsi üzrə yenilikləri cəmiyyətə çatdırmaq istiqamətində seçilən ünvanlardan olduğunu bildirib və NDU ilə əməkdaşlığı uğurlu fəaliyyət adlandırıb.
Sonda Zöhrab Süleyman sorğunun nəticələrinə əsasən universitetin hər üç kateqoriyada qalib gəlməsi ilə əlaqədar rektor Elbrus İsayevə plaket təqdim edib.
Tehsil-press.az