Allahşükür Paşazadə: Qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq

Allahşükür Paşazadə: Qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq Aşura günündə və digər günlərdə dinə bir ləkənin gəlməməsinə çalışmaq lazımdır. Qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq. Hər şeyin müqəddəsliyi və qanun var.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlaması ilə əlaqədar keçirilən tədbirdə deyib.
QMİ sədri deyib: "Aşura günü zamanı hər qazi hesabat verəcək. Ola bilsin, bəzi səhvlər olsun. Gələcəkdə bunları aradan qaldırmağa çalışacağıq. Moizələrin olduğu kimi oxunması mütləq deyil, amma məzmun və fikir itməməlidir".
Onun sözlərinə görə, xaricdən maliyyələşən yalançı mollalar dinə iftira atırlar: "Belə adamların sözlərinə qulaq asmamalıyıq, Vətənimizi, dövlətçiliyimizi, inamımızı, ailəmizi qorumalıyıq. Xaricdəki bəzi qüvvələr bizim daxilimizdə separatçılıq, iğtişaşlar yaratmaq istəyirlər. Ermənilər bizim öz əlimizlə bizi vurmaq, milli qarşıdurma yaratmaq istəyirlər. Bu da Azərbaycanın bugünkü yüksəlişini gözü götürməyən qüvvələrdir. Bəzi insanlar üçün müqəddəs heç nə yoxdur. Xüsusilə də qərb ölkəsində olanlar üçün yalnız dünya var, axirət yoxdur. Baxın görün, ətrafımızda nələr yaratmaq istəyirlər?! Siz görürsünüz ki, xarici ölkələrdə milyonlarla insan evsiz-eşiksizdir. Ona görə də istəyirik ki, din xadimləri bu reallıqları insanlara çatdırsınlar. Xalq bilməlidir li, bizə qarşı təxribatlar aparan insanlara qarşı mübarizə aparmaq lazımdır. Azərbaycan bizim vətənimizdir, ona görə də bir vəhdət halında mübarizə aparmalıyıq".

Tehsil-press.az

Oxşar xəbərlər