
Neftə tələbat və təklifin artması fonunda qiymətlərdə sabitlik gözlənilirmi? Bu proses yeni qiymət dalğalanmalarına yol aça bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Globalinfo.az-a açıqlamasında hazırda dünyanın güc mərkəzlərinin neftin qiymətinin ucuzlaşmasında maraqlı olduğunu bildirib.
“Məsələn, ABŞ bu siyahıda ön sıralardadır. Amma mövcud geosiyasi proseslər və iqtisadi vəziyyət neftin qiymətinin bahalaşmasını stimullaşdırır. Hesab edirəm ki, hazırda bu iki tendensiya arasında mübarizə gedir. Qısa müddətdə Yaxın və Orta Şərqdə vəziyyət sabitləşərsə, İran-İsrail və İran-ABŞ münasibətləri normallaşarsa, Vaşinqtonun istəkləri ilə dünyada neftin qiymətinin ucuzlaşması prosesi başlaya bilər”, - o deyib.
İqtisadçı vurğulayıb ki, hazırda neftin qiymətinin yüksək səviyyədə sabitləşdiyi görünür:
“Dünya gücləri, o cümlədən ABŞ və Avropa, bu qiymətləri qəbul edirlər. Onların əsas məqsədi dünya bazarında neftin qiymətini ucuzlaşdırmaqla Rusiyanın gəlirlərini azaltmaqdır. Bu, eyni zamanda Trampın daxili və xarici iqtisadi siyasətinə də uyğundur. Çünki o, idxala yüksək tariflər tətbiq edir, bu isə qiymətləri artırır. İndi iqtisadi amillərdən çox, siyasi amillər neft bazarına təsir edir”.
Tehsil-press.az