Ukrayna Rostovu VURDU – Yüzlərlə sakin təxliyə edildi

Ukrayna Rostovu VURDU – Yüzlərlə sakin təxliyə edildi Sentyabrın 2-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Rostov-na-Donuya hücum edib.

Hücum nəticəsində iki çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Rostov vilayətinin qubernator səlahiyyətlərini icra edən Yuri Slyusar məlumat verib.

Onun sözlərinə görə, biri uşaq olmaqla dörd nəfər xəsarət alıb.

Şəhər merinin səlahiyyətlərini icra edən Aleksandr Skryabin isə bildirib ki, zərərçəkmiş mənzillərdən birində partlamamış mərmi tapılıb.

Hadisə yerinə cəlb edilən istehkamçılar mərmini zərərsizləşdirib. Ümumilikdə 320 sakin binalardan təxliyə edilərək məktəblərdən birinə yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında qeyd edib ki, ötən gecə Rostov vilayəti üzərində Ukraynaya məxsus 13 pilotsuz uçan aparat hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Xatırladaq ki, Rostov vilayəti bundan əvvəl avqustun 31-nə keçən gecə də PUA hücumuna məruz qalıb. O zaman 8 pilotsuz aparat vurulub, dağıntılar və itkilər barədə məlumat verilməyib. Avqustun 14-də isə Rostov-na-Donuda pilotsuz aparat yaşayış binasına düşüb, 13 nəfər yaralanıb.

Tehsil-press.az

Oxşar xəbərlər