Rusiya SOCAR-ın neft bazasına hücum etdi - Yaralılar var

Rusiya SOCAR-ın neft bazasına hücum etdi -  Yaralılar var Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib

Bu barədə "RBC-Ukrayna"ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.

Mənbələrin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər