Bakıda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 19 nəfər xəsarət alıb - RƏSMİ - YENİLƏNİB

Bakıda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 19 nəfər xəsarət alıb - RƏSMİ - YENİLƏNİB Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 19 nəfər xəsarət alıb.

Bu barədə cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-i saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

10:07

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

"Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var.

09:49

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər