Bakıda avtobusla maşın toqquşdu - 1 ölü, 2 yaralı

Bakıda avtobusla maşın toqquşdu - 1 ölü, 2 yaralı Sabunçu rayonu Rüstəmov küçəsi: 86 ünvanında 49 nömrəli avtobusla minik maşını toqquşub.
Hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.
Səhiyyə Nazirliyindən bildirilib ki, yaralılar 3 saylı xəstəxanaya çatdırılıb.
Vəziyyətləri orta-ağırdır.
***
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev hadisənin təfərrüatı ilə bağlı açıqlama yayıb.
Bildirib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən “Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hazırda qəza ilə bağlı Bakı Nəqkiyyat Agentliyi tərəfindən də araşdırma aparılır.

Günel Hacı

Oxşar xəbərlər