Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.
Tehsil-press.az