Tədbir zamanı xüsusi quraşdırılmış teleskoplar vasitəsilə Ay tutulmasının müxtəlif mərhələləri ictimaiyyətə nümayiş etdirilib, iştirakçılar real vaxt rejimində bu nadir astronomik hadisəni izləmək imkanı qazanıb. Müşahidələrə paralel olaraq, BDU-nun Astrofizika kafedrasının alimləri Ay tutulmasının səbəbləri, gedişatı və astronomik əhəmiyyəti barədə ətraflı elmi izahlar verib, medianın və iştirakçıların suallarını cavablandırıblar.
Müşahidə gecəsi həm elmi ictimaiyyət, həm də gənc nəsil arasında kosmik elmlərə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbir, eyni zamanda, Azərbaycanda astronomiyanın populyarlaşdırılması, cəmiyyətin fundamental elmlərə marağının genişləndirilməsi və gənclərin gələcəkdə bu sahədə təhsil almağa təşviq edilməsi məqsədlərinə xidmət edib.
Tehsil-press.az