
Kadr dəyişikliyi ilə bağlı fikirlərini 1news.az-a bildirən Esmira Ağayeva əvvəlki kollektivinə təşəkkür edib:
“Səmimi qəlbdən hər kəsə birlikdə keçirdiyimiz illərə, komandamızın işinə və bölüşdüyümüz dəyərlərə görə minnətdarlığımı bildirirəm. Beş il məktəbə rəhbərlik etdikdən sonra yeni iş yerinə keçirəm. Bu qərar məndə qarışıq hisslər yaradır – bir tərəfdən doğma insanlarla vidalaşıram, digər tərəfdən isə yeni imkanlar qarşıma çıxır.
Bu kollektivin bir hissəsi olmaq, etimad və birliyin hökm sürdüyü mühitdə işləmək böyük şərəf idi. Hər birinizin peşəkarlığı və fədakarlığı bütün uğurlarımızın əsası oldu.
Sizə gələcəkdə daha böyük nailiyyətlər, möhkəm sağlamlıq və yeni qələbələr arzulayıram. 20 nömrəli məktəb-lisey mənim üçün həmişə həyatımın önəmli bir səhifəsi, onun kollektivi isə isti xatirələrin mənbəyi olaraq qalacaq”.
Tehsil-press.az