
Mövzu ilə bağlı açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu status yalnız xüsusi hallarda aradan qaldırıla bilər:
“Əgər siyasi mühacir həmin ölkəyə zərər verən addımlar atarsa, terrorçularla əməkdaşlıq edib dövlətə qarşı fəaliyyət göstərən qruplarda yer alarsa, status ləğv edilə bilər. Həmçinin, ona verilən hüquqlardan sui-istifadə etdikdə, yəni qanundan kənara çıxdıqda siyasi mühacirlik statusu qüvvədən düşür”.
Cəfəroğlu vurğulayıb ki, belə hallarda siyasi mühacir statusu dərhal qüvvədən salına bilər və şəxsin həmin ölkədə qalmaq hüququ şübhə altına düşür.
Tehsil-press.az