"Nəvəmə anamın adını vermişəm" - Nənə olan Xalq artistindən AÇIQLAMA

Xalq artisti Həmidə Ömərova nənə olub.

O, nəvəsinə anasının adını verdiyini bildirib:

"Axır ki, 3 ildən sonra mən də nənə oldum. Təəssüflər olsun ki, bizim ilk övladımız tələf olmuşdu. Nəhayət bu gün mən qız nənəsi olmuşam. Adını da özüm vermişəm. Ona anamın adını qoymuşam. Adı Nəsibədir. Hisslərimi ifadə edə bilmirəm. Ancaq sevincdən ağlamışam. Gözü yolda olan qadınlara, nənələrə, babalara bu sevincdən arzu edirəm. Allah hər evə, hər ocağa körpə səsi, gülüşü nəsib etsin. Hər insan bu sevinci dadmalıdır".

Xatırladaq ki Xalq artisti Həmidə Ömərovanın yeganə oğlu Rəhim 2022-ci ildə Zülfiyyə adlı xanımla ailə həyatı qurub.

Tehsil-press.az

Oxşar xəbərlər