Prezidentdən təklif - magistr və doktorantlara möhlət hüququ verilsin

Prezidentdən təklif - magistr və doktorantlara möhlət hüququ verilsin Milli Məclis gələn həftə layihəyə baxacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. Bu barədə “Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc məlumat verib.
Onun sözlərinə görə, təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif olunur: “Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlar deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur. Bundan başqa, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətdən möhlət hüququ veriləcək”. Milli Məclis gələn həftə layihəyə baxacaq. Ümidvarıq ki, qanunun yeni variantından artıq bu ildən yararlanmaq mümkün olacaq”.


Tehsil-press.az

Oxşar xəbərlər