Klinton - Tramp 46:35

Klinton - Tramp 46:35 ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton əsas rəqibi olan Donald Trampı 11% qabaqlayır.

Bu, «Reuters» agentliyi və «İpsos» araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunda bəlli olub. Demokrat partiyasının təmsilçisi H.Klintonu rəyi soruşulanların 46%-i, respublikaçı D.Trampı isə - 35%-i dəstəkləməyə hazırdır. Qeyd edək ki, mayın sonunda Klinton Donald Trampı cəmi 3%-lik üstünlüklə qabaqlayırdı. Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 8-də keçiriləcək.


Tehsil-press.az

Oxşar xəbərlər