Mikayıl Müşfiqin doğulduğu gündür

Mikayıl Müşfiqin doğulduğu gündür Bu gün tanınmış şair, repressiya qurbanı olmuş Mikayıl Müşfiqin doğum günüdür.

Tehsil-press.az-ın məlumatına görə, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 1908-ci ilin bu günü Xızıda anadan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib.
Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlayıb. Şair 1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, bir neçə qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.


Mikayıl Müşfiqin doğulduğu gündür

Mikayıl Müşfiqin doğulduğu gündür

Tehsil-press.az

Oxşar xəbərlər