“Səfir saatı” layihəsi çərçivəsində baş tutan görüşdə İspan dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Səfir Caballero Meksikanın iqtisadiyyatı, coğrafiyası, tarixi və mədəniyyəti haqqında təqdimatla çıxış edərək ölkəsi barədə maraqlı faktları bölüşüb.
Tədbir interaktiv şəkildə davam edib — tələbələr Meksika ilə bağlı suallarını səfirə ünvanlayıb, o isə hər bir sualı ətraflı cavablandırıb. Görüş sonda xatirə fotosu ilə yekunlaşıb.
Tehsil-press.az