Ermənistana səfər edən nümayəndə heyəti nə ilə QARŞILAŞIB…

Ermənistana səfər edən nümayəndə heyəti nə ilə QARŞILAŞIB… Ötən gün Azərbaycana məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib. Təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb.

Həmin ekspert qrupunun bir üzvü ilə əlaqə saxlayıb.

Jurnalist Kəmalə Məmmədova görüş haqqında təəssüratlarını bizimlə paylaşıb.

Kəmalə Məmmədova bildirib ki, görüş konstruktiv mühitdə keçib. Ölkəmizdən 5 nəfər ekspert bizi təmsil edib. Həmçinin, İrəvandan da 5 ekspert seçilmişdir. Növbəti görüş Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə baş tutub.

Görüşdə geniş fikir mübadiləsi aparılıb. Hətta Ermənistan ilə bir çox fikirlər üst-üstə düşürdü. 30 il ərzində iki ölkə arasında xeyli görüşlər keçirilib. Lakin məhz ikitərəfli görüşün olması uğurlu addım idi. Üstəlik, görüş üçün çarter reys təşkil edilmişdi.

Jurnalistin sözlərinə görə, İrəvan hava limanına eniş edən Azərbaycan təyyarəsi böyük maraqla qarşılandı. İclasın tərkibi isə, sülh gündəliyi, avqustda qəbul edilmiş bəyannamə, hər iki ölkəni narahat edən bəzi həssas məsələlər , logistik və humanitar mövzulardan ibarət olub.

Kəmalə Məmmədova səfər ilə bağlı keçirdiyi xoş hissləri də bizimlə paylaşıb.

O söyləyib ki, təklif gələn zaman həyəcanla qəbul edib. Çünki ilk səfər, erməni vətəndaşların reaksiyaları maraqlı idi. Lakin hava limanına eniş edilən kimi bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülmüşdür. Həmçinin, hər iki ölkənin rəsmi strukturlarının təşəbbüsləri danılmaz idi.

“ Rahat şəkildə şəhəri gəzdik, muzeyə də baş çəkdik. Heç bir neqativ enerji və addıma yol verilmədi. Restoranda, oteldə və digər olduğumuz məkanlarda qulluq və qarşılanma yüksək səviyyədə oldu “- deyə, Kəmalə Məmmədova açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər