Siyavuş Novruzov bu günə kimi 22 dəfə təltif olunub. Bunların arasında ən nüfuzlu mükafat Prezident İlham Əliyevin imzası ilə aldığı "Şöhrət" ordenidir. Novruzov "Şöhrət" ordeninə 16 fevral 2019-cu ildə layiq görülüb.
Siyavuş Novruzovun yaxasını "bəzəyən" 22 orden-medalın 7-si ona Rusiyada fəaliyyət göstərən müxtəlif qurumlar tərəfindən verilib.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb deputatın Rusiyadan aldığı orden-medalların siyahısını təqdim edirik:
“Vətənə sədaqət ordeni” – 14 sentyabr 2016-cı ildə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndilməsinə böyük töhfə üçün Rusiya Federasiyasının Silahlı Qüvvələrinin veteranlarının Ümumrusiya İctimai Birliyinin sədri, keçmiş SSRİ Müdafiə nazirinin müavini Viktor Yermakov tərəfindən təltif edilib.
“Vətənə xidmət ordeni” – 01 may 2015-ci ildə Əfqanıstan Veteranlarının Rusiya Birliyinin sədri Frans Klinseviç tərəfindən təltif olunub.
“Əfqanıstan müharibəsi veteranı” medalı - 26 iyun 2012-ci ildə Ümumrusiya İctimai Təşkilatı “Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı” tərəfindən təltif olunub.
“Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi” medalı – MDB-ın dövlət-iştirakçılarının Hökumətlərinin Başçılarının Şurası yanında müharibə - beynəlmiləlçilərin işləri üzrə Komitənin sədri Ruslan Auşev tərəfindən təltif olunub.
“Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi” medalı – 15 fevral 2014-cü ildə veteran birləşmələrinin birgə fəaliyyətinin koordinasiyası üzrə komitəsi tərəfindən təltif olunub.
“Döyüş Qardaşlığı” veteranlar təşkilatı qarşısında xidmətlərinə görə” medalı – 02 fevral 2017-ci ildə SSRİ Daxili İşlər nazirinin sabiq birinci müavini Boris Qromov tərəfindən təltif olunub.
Vətən qarşısında “Xidmətlərə görə” medalı – 15 fevral 2017-ci ildə Əfqanıstan Veteranlarının Rusiya İttifaqı adından təltif olunub.
Tehsil-press.az


















