5 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə GAMŞ-ın sədr müavini, Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Ülviyyə İsmayılova açıb. Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilən institutun Gözətçilər şöbəsinin rəisi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru Şəmsəddin Hüseynovun gənclərlə görüşü keçirilib. O, Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətindən, əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolundan, ön və arxa cəbhənin birliyindən danışıb, gənclərlə öz xatirələrini bölüşüb.
Tədbirin sonunda GAMŞ-ın üzvü, Nanopolimer kompozitlər laboratoriyasının elmi işçisi Nurlanə Mirzəyeva çıxış edərək Zəfər Günü münasibəti ilə müharibə iştirakçısı Şəmsəddin Hüseynovu gənclər adından təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı arzulayıb.
Tehsil-press.az










