Nazirlikdən ömrünü teatra həsr etmiş direktorun dəfninə HÖRMƏTSİZLİK

Nazirlikdən ömrünü teatra həsr etmiş direktorun dəfninə HÖRMƏTSİZLİK Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin vəfat etməsi barədə məlumat vermişdik.

Vaqif Vəliyev bu gün Sumqayıt Şəhər Qəbiristanlığında dəfn olunub.

Vaqif Vəliyev əməkdar mədəniyyət işçisi,36 il müddətində teatr direktoru olmasına baxmayaraq Mədəniyyət Nazirliyi teatr xadiminin dəfninə biganə yanaşıb.

Dəfn mərasimində nə Mədəniyyət Nazirliyinin yüksək vəzifə tutan nümayəndələrinə,nə də Füzuli Rayon İcra Hakimiyyətinin başçısına rast gəlinib.

Diqqətimizi çəkən məqamlardan biri də Mədəniyyət Nazirliyinin teatr xadiminin vəfatı ilə bağlı başsağlığı belə verməməsi oldu.

Nazirliyin ömrünü teatra həsr etmiş birinə qarşı belə etinasızlıq göstərməsi anlaşılan deyil.

Onu da qeyd edək ki, sözügedən qurum tərəfindən Vaqif Vəliyevin dəfninə əklil də göndərilməyib.

Məlumat üçün qeyd edək ki, Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub.

O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda Mədəni-maarif fakultəsində təhsil alıb.

1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri və direktoru vəzifələrində fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi 1989-cu ildən vəfat etdiyi günə kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində çalışıb.

Medianın yaydığı fotolardan da aydın olur ki,dəfndə yalnız mərhumun yaxınları,ailə üzvləri iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər