Şəkidə Beynəlxalq Teatr Festivalı keçiriləcək

Şəkidə Beynəlxalq Teatr Festivalı keçiriləcək Sentyabrın 15-dən 24-ə qədər Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri ilə birgə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Tehsil-press.az Nazirliyin saytına istinadən xəbər verir ki, Bakı, Şəki, Mingəçevir şəhərlərini əhatə edən festivalda Azərbaycandan Milli Akademik Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Kukla teatrının, Rusiyadan “Трикстер” Teatrının, Ukraynadan “Прекрасные цветы”, Gürcüstandan S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının, N.Dombadze adına Professional Dövlət Gənclər Teatrının, İrandan “Neqab” Teatrının, Birləşmiş Ərəb Əmirliyindən Dubay Bələdiyyə Teatrının, Türkiyədən İstanbul Bələdiyyəsi Şəhər Teatrının, Gəncə Dövlət Dram Teatrının, Şəki Dövlət Dram Teatrının çıxışları planlaşdırılıb.
Festival çərçivəsində milli peşəkarlar teatrının 144-cü mövsümünün açılış mərasimi keçiriləcək, Şəki teatrının foyesində səyyar təsviri sənət sərgisi nümayiş olunacaq.
Sentyabr ayının 16-da TÜRKSOY-a üzv ölkələrinin Teatr Rəhbərləri Şurasının 5-ci toplantısı keçiriləcək.


Tehsil-press.az

Oxşar xəbərlər