İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıb

İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıb Sumqayıt Regioanal Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon Mədəniyyət Mərkəzində İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıb.
Sumqayıt Regioanal Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon Mədəniyyət Mərkəzində Dağıstan Respublikası Azərbaycan Dövlət Dram teatrının aktyorlarının iştirakı ilə İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıb
Tamaşadan əvvəl Sumqayıt Regioanal Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi İlham Manafov qonaqları salamlayıb və 2017- ci il teatr mövsümünün ilk qostrol tamaşasının Abşeronda oynanıldığından məmnunluğunu bildirib.
Daha sonra teatrın direktoru Firdovsi Əsgərov və tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzər Hüseynova, Abşeron rayon İcra Hakimiyyətinə göstərdiyi dəstəyə, Sumqayıt Regioanal Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon mədəniyyət mərkəzinə təşkilatçılığına görə təşəkkür edib. Komediya tamaşaçılar tərəfindən maraqlı qaşılanıb.

Sumqayıt Regioanal
Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti


İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıbİsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıb

Oxşar xəbərlər