
Daha bir görüş Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində keçirilib. Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, Qubadlı rayonu üzrə baş məsləhətçi İlham Əhmədov məktəbin “Buta” qızlar ansamblının üzvləri ilə görüşüb. Ansamblın çıxışını dinləyən qonaqlar məmmun qaldıqlarını və bu ansamblın böyük uğurlara imza atacağını bildiriblər. Xatırladaq ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin növbəti layihəsi olan “Buta” qızlar ansamblının bədii rəhbəri Vasif Heydərov, konsertmeystri Aynur Məhərrəmovadır.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Abşeron rayon mədəniyyət müəssisələrinin kollektivləri ilə də görüş keçirib. Görüşdə müəssisələrin üzləşdiyi problemlər, cari və perspektiv işlər müzakirə olunub. Görüş zamanı Abşeron rayon Mədəniyyət mərkəzinin yeni təyin olunmuş direktoru Arif Vəliyevin təqdimatı olub. Rəis Mehman Şükürov yeni direktoru kollektivə təqdim edib və fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Arif Vəliyev əmək fəaliyyətinə 2009-cu ildə Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət evində bədii rəhbər kimi başlayıb. 2012-ci ildən isə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müdiri vəzifəsində çalışıb. O, 2016-cı ildə "Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti






