Yunanıstandakı qatar qəzasında 43 nəfər öldü - Video

Yunanıstandakı qatar qəzasında 43 nəfər öldü - Video Yunanıstanda sərnişin qatarı ilə yük qatarı toqquşub.
Hadisə nəticəsində ölənlərin sayı 26-ya çatıb, 85 nəfər yaralanıb.
Bildirilib ki, sərnişin qatarında olan 350 nəfərdən 270-i hadisə yerindən təxliyə edilib.
***
Qəzada ölənlərin sayı 29 nəfərə çatıb.
Hadisə olan əraziyə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşınının gəldiyi bildirilir.
***
Hadisə nəticəsində həlak olanların sayı 32 nəfərə yüksəlib.
***
Yunanıstanda baş verən qatar qəzasında ölənlərin sayı 43-ə çatıb.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən 72 nəfərdən 15-i isə artıq evə buraxılıb.



Tehsil-press.az


Oxşar xəbərlər