ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib.Bu barədə ABŞ müdafiə naziri Pit Heqset özünün X səhifəsində məlumat yayıb.
“Gəmidə olan üç narko-terrorçu öldürülüb. Bütün narko-terrorçulara səslənirəm: əgər yaşamaq istəyirsinizsə, narkotik daşımayın. Əgər ölümcül narkotik daşımağa davam etsəniz, sizi öldürəcəyik”, - Heqset yazıb.
Vaşinqtonun mübahisəli anti-narkotik əməliyyatında ölənlərin ümumi sayı 70 nəfərə çatıb.
ABŞ bu hücumlara sentyabrın əvvəlində başlayıb. İndiyədək 18 gəmi məhv edilib. Vaşinqton hələlik bu hədəflərin narkotik daşıdığına və ya ABŞ-a təhlükə yaratdığına dair sübut təqdim etməyib.
Tehsil-press.az






