Paşinyanın müavini: Şahin Mustafayevlə müntəzəm işgüzar əlaqələrim var

Paşinyanın müavini: Şahin Mustafayevlə müntəzəm işgüzar əlaqələrim var Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası istiqamətində təmasları davam etdirir.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə mütəmadi işgüzar əlaqələr saxlayırlar:

"Qonşu ölkənin həmkarımla təmaslarımız var, mütəmadi olaraq işgüzar görüşlər keçirilir. Sonuncu görüş zamanı birlikdə cənub istiqamətinə – Azərbaycan ərazisinə səfər etdik. Səfər əsasən delimitasiya prosesi və sərhədlə bağlı mümkün fraqmentlərin müzakirəsinə həsr olunmuşdu".

Qriqoryan əlavə edib ki, tərəflər arasında delimitasiya prosesinin davam etdirilməsinə yönəlmiş işçi səviyyəli əlaqələr də mövcuddur:

"Prosesi davam etdirmək üçün hər iki tərəfdə siyasi iradə və qarşılıqlı maraq var".

Tehsil-press.az

Oxşar xəbərlər