Ucarın icra başçısının camış ferması üzə çıxdı VİDEO

Ucarın icra başçısının camış ferması üzə çıxdı  VİDEO Mənsur Məmmədovun camış fermasından xüsusi REPORTAJ...

Mediada Ramiz Mehdiyevin qruplaşmasında yer alan şəxslərin siyahısında hazırda vəzifədə olan icra başçılarının da adı tez-tez hallanır.Yerli mətbuatın həmin siyahıda adını çəkdiyi icra başçılarından biri də Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovdur.

Bəs Mənsur Məmmədov bu komandaya necə üzv olub?

Ucarın icra başçısının camış ferması üzə çıxdı  VİDEO


Icra başçısı ilə bağlı mühüm məlumatlar əldə edib.Sayta açıqlama verən mənbənin bildirdiyinə görə,Mənsur Məmmədov bu qrupa keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə qoşulub.Ziya Məmmədovun əslən Ucar rayonunun Qazıqumlaq kəndindən olması məlumdur.Məhz, Ziya Məmmədov öz adımını Ucar rayonuna başçı gətirilməsinə dəstək olmaqla regionda mövqeyinin möhkəmlənməsini bir qədər də gücləndirib.Onu da qeyd edək ki,Mənsur Məmmədov və Ziya Məmmədov hər ikisi eyni kənddən-Qazıqumlaqdandırlar.

Mənsur Məmmədov 2015-ci ilin yanvarın 27-dən Ucarın başçısıdır. O,bundan öncə Göyçayın icra başçısı vəzifəsində (Red- 2007-2015-ci illərdə)işləyib.

Mənsur Məmmədovun uzun müddətdir başçısı olduğu Ucar bu gün regionun bəlkə də ən kasıb və sosial cəhətdən ən zəif bir rayonuna çevrilib.Halbu ki,bunun əksi də ola bilərdi.Çünki rayonun yerləşdiyi əlverişli coğrafi mövqe və iqlimi burada kənd təsərrüfatı qurmağa imkan verir.Əslində rayonda kənd təsərrüfatı sistemi qurulub.Amma, başçının öz adına...



Ucarın icra başçısı Mənsur Məmmədova məxsus saysız-hesabsız obyektlər,torpaq sahələri,restoranlar,fermalar,broylerlər haqqında dəqiq məlumatlar əldə edib.Məlumatı yoxlamaq məqsədi ilə əməkdaşımız Ucar rayonuna yollanıb...

İcra başçısının camış sevdası ...

Kənd sakinləri mal-qaranı otarmağa yer tapmır,başçının hektarlarla sahəsi var...

Əhalinin mal-qarasınının otlaması üçün nəzərdə tutulan örüş sahələrinin olmamasından əziyyət çəkdiyi bir vaxtda başçı bir neçə hektarı əhatə edən ərazidə özünə camış ferması yaradıb.Əməkdaşımız həmin fermanın yerləşdiyi Müsüslü kəndində olub.Mənsur Məmmədov icra başçısı gəldiyi ilk gündən bu fermanı yaradaraq özünə biznes qurub.Əldə etdiyimiz məlumata görə,bu camışlar xüsusi cins heyvanlardır və Macarıstandan gətirilib.Mənbənin bildirdiyinə görə,camışlar südlük olduğu üçün yerli cinslərdən bir neçə dəfə bahadır.Ana camışın birinin qiyməti 4-5 min manat arasında dəyişdiyi bildirilir.Ərazisi bir neçə hektarı əhatə edən ferma üçün xüsusi yol salınıb.Əldə etdiyimiz məlumata görə,icra başçısı 10-15 gündən bir biznes obyektinə baş çəkərək camışlarla maraqlanır...onu da qeyd edək ki,fermada ortalama 125-130 baş camış saxlanılır.

Başçının camışları niyə ölür?...

Fermanın əməkdaşlarından birinin saytımıza verdiyi məlumata görə,camışlar arasında tələfat başçının qanını qaralıb.Bu səbəbdən də o özünə yeni biznes sahələri yaratmağa başlayıb. Bu haqda növbəti reportajımızda danışacağıq...

Ramiz Mehdiyevin həbs xəbəri və camışların gecə ikən dəyişən taleyi...

Mənbənin saytımıza verdiyi xəbərə görə,Ramiz Mehdiyevin həbs xəbəri çıxan günü icra başçısı Mənsur Məmmədov camışlarının bir hissəsini təcili olaraq fermadan çıxarıb.Bunun hansı məqsədlə etdiyi yəqin ki,başadüşüləndir.Başçı bunun üçün işğaldan azad olunmuş ərazilərdə özünə yeni ferma yaradıb.Bu ferma Kəlbəcərdə yerləşir.Camışların bir hissəsi ora aparılıb.İcra başçısının bu biznesinə onun müavini Əliş Cəbrayılov nəzarət edir.

Bundan əlavə Ucar Rayon İcra hakimiyyəti başçısı Mənsur Məmmədovun Kəlbəcərdə böyük qoyun fermasının da olduğu deyilir.Həmin fermalar eyni ərazidə yerləşir və bir neçə hektar ərazini əhatə edir.

Rayonun əhalisinin sosial rifahının çətin olduğu vaxtda icra başçısı bu qədər var-dövləti necə əldə edib?Ümumiyyətlə, icra başçısının bizneslə məşğul olması qanunidirmi?

Azər Nəsir

Tehsil-press.az

Oxşar xəbərlər