Ukraynanın ayrıca dövlət kimi qalması təhlükədir - Medvedçuk

Ukraynanın ayrıca dövlət kimi qalması təhlükədir - Medvedçuk Mən Ukraynanı gələcəkdə dövlət kimi görmürəm. Bizim strateji məqsədimiz ukraynalıların Rusiyaya yenidən birləşməsidir.

Bunu ukraynalı siyasətçi, Ukraynada fəaliyyəti qadağan edilmiş Müxalifət Platforması – Həyat Naminə Partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.

“Ukraynanın içərisində Rusiyaya inteqrasiya tərəfdarları mövcuddur və “Rusiyanın tərkibində yaşamaq” ukraynalılar üçün gələcəyin ən yaxşı variantıdır”, - deyə o qeyd edib.

O, Ukraynanın ayrıca dövlət kimi saxlanmasını həm Rusiya, həm də ölkə sakinləri üçün təhlükə adlandırıb və istənilən formatda Ukraynanın kollektiv Qərbin mövqeyinə çevriləcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər