Son günlər bir sıra sənət adamları tərəfindən Mədəniyyət Nazirliyinə qarşı aparılan kampaniya ciddi müzakirələrə səbəb olub.Məsələ ilə bağlı açıqlamasında deputat Fazil Mustafa deyib, bu kimi iddialar zaman-zaman səslənir:
“Hər halda, əgər belə hallar varsa, bu artıq rüşvət qanunazidd bir əməl sayılır və cinayət məsuliyyəti yaradır. Əgər konkret olaraq hansısa bir məmurun qanunsuz hərəkəti varsa, bununla bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Bütövlükdə isə bir nazirin adının rüşvət və ya digər neqativ hallarla hallandırılması, bunu ümumiləşdirərək bütün nazirliyə şamil etmək doğru olmaz. Təbii ki, ayrı-ayrı şəxslər, vəzifəli şəxslər və ya müəyyən qruplar arasında bu cür hallar baş verə bilər. Amma bu, ümumi şəkildə Nazirliyə aid edilə bilməz. Əgər doğrudan da belə faktlar varsa, bu ciddi ittihamdır və bu cür ittihamlarla bağlı aidiyyəti qurumlara rəsmi şəkildə müraciət etmək lazımdır. Mədəniyyət Nazirliyinin özü də bu məsələlərin araşdırılmasında maraqlı olmalıdır ki, əgər hər hansı neqativ hallar varsa, onlar aradan qaldırılsın. Bu baxımdan ictimai müraciətlər və rəsmi araşdırmalar olduqca önəmlidir”.
Tehsil-press.az














