Bakı şəhəri üzrə yeni mediasiya təşkilatı fəaliyyətə başlayıb
Bakı 23 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 23 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
27 noyabr 2025-ci il tarixindən etibarən Bakı şəhəri üzrə vətəndaşlar Bakı 23 saylı mediasiya təşkilatına müraciət edə bilər.
Bakı 23 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 2-ci bina, 3-cü mərtəbə
Email: [email protected]
Telefon: +994 (10) 526 55 18
Qeyd edək ki, 23 saylı Mediasiya Təşkilatının təsisçisi rəhbəri Esmira xanım Rzayevadır.
Tehsil-press.az
- Baxış: 132
Xəbərin tarixi: 27.11.2025 / 23:21
-
Oxşar xəbərlər