Paytaxtın Nizami rayonunda yanğın hadisəsi baş verib.Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli hotel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” və “Volkswagen” markalı minik avtomobillərinin salon hissələri yanıb.
Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və hotel binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tehsil-press.az














