İstanbul Baş Prokurorluğunun narkotiklərlə mübarizə ilə bağlı apardığı istintaq çərçivəsində 8 nəfərə qarşı ittihamlar irəli sürülüb. Həmin şəxslər arasında Türkiyənin “Habertürk” televiziyasının keçmiş baş redaktoru, aparıcı Mehmet Akif Ersoy da var.
Ona qarşı irəli sürülən ittihamların detalları da artıq məlum olub. Belə ki, Ersoya qarşı “ev şəraitində narkotik istifadəsinə şərait yaratmaq”, “evinə gələn qadınları narkotik maddələrlə təmin etmək”, “eyni anda bir neçə şəxslə cinsi əlaqədə olmaq” və “qadınları bu əlaqələrə cəlb edərək gələcəkdə maddi üstünlük əldə etməyə çalışmaq” ittihamları irəli sürülüb.
Saxlanılan şəxslərdən Mehmet Akif Ersoy, Mustafa Manaz, Ufuk Tetik və Ebru Gülan barəsində həbs qərarı çıxarılıb.
Digər 4 nəfər - Gizem Aybaktı, Buse Öztay, Elif Kılınç və Dilara Yıldız məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıblar.
Xatırladaq ki, Mehmet Akif Ersoy dekabrın 9-u keçirilən əməliyyat zamanı saxlanılmışdı. O, daha sonra vəzifəsindən azad edilib.
Tehsil-press.az









