Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdi Ağsu rayonunun sabiq başçısı Sərdar Məmmədov vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, S.Məmmədov ötən gün uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Sərdar Əbdülmahmud oğlu Məmmədov 1945-ci ildə anadan olub. O, uzun illər yüksək vəzifələrdə işləyib. 1990-1991-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin Birinci Katibi, 1991-1992-ci illərdə isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 1990-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Sərdar Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 3 saylı Dağlıq Şirvan Regional Bölməsinin rəisi Səfər Məmmədovun atasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər