Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.

Bu barədə Gültəkin Hacıbəyli sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.

G. Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə xüsusi sərt nəzarət altında Arnavutköy Geri Göndərmə Mərkəzinə gətirilib.

3 gün öncə isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirilib.

Tehsil-press.az

Oxşar xəbərlər