Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı akademik Həsən Əliyevin həyat və fəaliyyəti, Azərbaycan ekologiya elminin inkişafındakı əvəzsiz xidmətləri və təbiətin mühafizəsi sahəsində qoyduğu elmi irs haqqında ətraflı məlumat verib.
Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva görkəmli alimlərə və cəmiyyət üçün dəyərli şəxsiyyətlərə həsr olunan elmi seminarların gənclərin elmi düşüncəsinin formalaşması və akademik irsin qorunub yaşadılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Fakültənin magistrantı Fikrət Hacıyev Bakı şəhərinin məişət tullantı sularında səthi aktiv maddələrin ekoloji təsirləri və onların aktivləşdirilmiş kömür vasitəsilə zərərsizləşdirilməsi imkanlarını elmi baxımdan təhlil edib. Fakültənin tələbələri Raul İmanov akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının təbii potensialı və ekoturizm imkanları barədə araşdırmasını təqdim edib, bu sahənin dayanıqlı inkişaf və ətraf mühitin qorunmasındakı rolunu vurğulayıb, Əli Qurbanov isə süni intellekt texnologiyalarının ekologiya sahəsində, xüsusilə ekoloji monitorinq və təbii resursların idarə olunmasında yaratdığı yeni imkanlardan danışıb.
Tehsil-press.az











