“Unutsaq unudularıq” rubrikasından18 dekabr 2025-ci ildə Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Baş Ədliyyə müşaviri Tələt Qənbərovun ölümündən 30 il ötür. Prokurorluğun veteranı, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri Nazim Abbasovun “Tələt Qənbərov ədalətin və vicdanın simvolu” adlı məqaləsini oxuculara təqdim edirik.
***
Bir çoxları kimi mənim də peşə seçimimdə Tələt Qənbərovun prokuror kimi, həm də yaxın qohum kimi rolu olmuşdur. Qohumlar arasında hüquq-mühafizə və məhkəmə orqanları işçiləri oldugundan, onların gərgin iş rejimlərini görərək, valideynlərim bu peşənin seçilməsinin tərəfdarı deyildirlər.
Tələt müəllim rayon prokuroru vəzifəsində işlədiyinə görə Bakıya hərdən bir, əsasən bazar günləri gələndə onunla görüşə bilirdik. Onu da qeyd edim ki, qohumlar arasında mənə məxsusi bir münasibəti, simpatiyası var idi. Məhz onun məsləhət və tövsiyyələri şeçimimdə həlledici rol oynadı. Sonralar da prokurorluqda fəaliyyətə müstəntiq kimi başlayanda da həmişə məni diqqətdə saxlayardı, deyirdi ki, sən də prokuror olmalısan.
Öz peşəsini yüksək tutmaqla, həddindən artıq sevirdi, tutdugu vəzifəyə son dərəcə məsuliyyətlə yanaşırdı. Prinsipal və cəsarətli prokuror idi, sərt mövqeyi ilə seçiıirdi. Eyni zamanda ədalətli, humanist, qanunun aliliyini hər şeydən üstün tutan prokuror idi.
Tələt müəllimin özünə məxsus xarakteri var idi, xidmətdə də, məişətdə də, ailədə də sərtliyi ilə seçilirdi, ancaq sərtliyi qədər də yumşaq kövrək ürəyə sahib idi. Həmişə çalışardı imkansızların tərəfində olsun, onlara əl tutsun, xeyirxah və təmənnasız insan idi. İşlədiyi orqanda da, cəmiyyətdə də ailədə də böyük nüfüz qazanmışdı, heç kim onun sözündən çıxmazdı, çünki özü sözü bütöv bir kişi olub.
1990-cı ildə prokurorluqda müstəntiq işlədiyim zaman mənə hakim seçilmək təklif olundu, mən də razılaşaraq sənədlərimi toplayıb, müvafiq quruma təqdim etdim, artıq məsələ müsbət həll olunmaq ərəfəsində idi, bazar günlərinin birində Tələt müəllimlə təsadüfən görüşdük, bu barədə ona məlumat verdim. Çox fikirləşmədən özünə məxsus tərzdə etirazını bildirdi, dedi, axı mən sənə demişəm prokuror olmalısan və təsəvvür edin ki, onun bu bir kəlməsi ilə mən sənədlərimi geri götürərək, bu fikirdən döndüm.
Çox təəssüflər olsun ki, vaxtsız dünyadan köçdü, Qarabag həsrəti, doguldugu Şuşa nisgili ilə. Ancaq bu gün ən böyük təsəllimiz dogma torpaqlarımızın cəsur əskərlərimiz və onlara rəhbərlik edən Ali Baş Komandanımızın sayəsində geri qaytarılması həyatdan köçmüş bütün ulularımızın ruhunu şad etdi.
Allah rəhmət eləsin.
Nazim Abbasov,
Prokurorluğun veteranı, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri,
Prokurorluğun veteranı, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri,
Tehsil-press.az








