Əlibaba Məmmədovun qızından Qədir Rüstəmovun xanımına CAVAB: “Ölünün arxasınca danışmazlar, ayıbdır” - ÖZƏL

Əlibaba Məmmədovun qızından Qədir Rüstəmovun xanımına CAVAB: “Ölünün arxasınca danışmazlar, ayıbdır” - ÖZƏL “Atam bütün sənət yoldaşları haqqında ürək dolusu danışıb. Bu görüntülər köhnə lentlərdə də var. Hamını tərifləyir, ünvanına xoş sözlər deyirdi. Atam heç kimə pislik etməyib. Özü də deyirdi ki, “mən bu vaxta kimi heç kimə pislik etməmişəm”. Heç kəsin arxasınca danışmazdı. Niyə paxıllıq etməlidir ki? Qədir Rüstəmovun xanımı deyir ki, atam yas mərasiminə getməyib. Gəlməyib gəlməyib də.. Bu o demək deyil ki, ona paxıllıq edib. Atam ömür boyu heç kimə paxıllıq etməyib. O zirvədə idi”.

Bunu açıqlamasında görkəmli sənətkar, xanəndə Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib.

O daha sonra bildirib ki, ömür boyu qalmaqaldan uzaq durub. “Fatma xanım həm də onu da iddia edib ki, atam Qədir Rüstəmovun lent yazılarını sildirib. Bu ağ yalandır. Mənim gülməyim gəlir. Belə sözləri ölünün arxasınca danışmazlar. Ayıbdır. Allah Qədir müəllimə də, atama da rəhmət etsin. Onların ikisi də öz sahəsində böyük sənətkar idilər. Bilmirəm nə fikirləşib bu sözləri deyib? Sənət onsuz da bu gün ölüb. Belə mövzuları gündəmə gətirmək olmaz. O fikirləşsin ki, nə deyib? Mən qalmaqal adamı deyiləm. Heç vaxt da demərəm ki, niyə belə demisən?” deyə Əlibaba Məmmədovun qızı deyib.

Qeyd edək ki, Fatma Rüstəmova verdiyi müsahibəsində Əlibaba Məmmədovun Qədir Rüstəmovun lent yazılarını sildirdiyini, ona paxıllıq etdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər