Hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Qaradağ rayon Korgöz qəsəbəsində yerləşən 197 saylı orta məktəbin ibtidai sinif müəllimi, 1979-cu il təvəllüdlü Sevda Həsənova qəfil ürək tutmasından dünyasını dəyişib.
Məktəbdən bildirilib ki, 2025-ci ildə artıq 3-cü müəllimdir ki, vaxtsız vəfat edir. Məlumata görə, bir neçə ay əvvəl məktəbin informatika müəlliməsi Vəsfiyyə Məlikova yol qəzasında həlak olmuşdu.
Tehsil-press.az












