Gənc oğlan videoda hemoglobin səviyyəsinin artırılması üçün qan içməyin faydalı olacağı iddia edilən məsləhətə əməl edib. Lakin qısa müddət sonra onun vəziyyəti pisləşib, qan qusması və yüksək temperatur müşahidə olunub.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən gəncin həyatı xilas edilib. Həkimlərlə danışan yeniyetmə hadisənin səbəbini izah edərək, TikTok videosunun təsiri ilə bu addımı atdığını bildirib. Həkimlərin dediyinə görə, bu açıqlama onları dəhşətə gətirib və artıq məktəbli psixiatra yönləndirilib.
Tehsil-press.az









