Bu şəhərdən Bakıya birbaşa uçuşlar başlayır - Tarix açıqlandı

Bu şəhərdən Bakıya birbaşa uçuşlar başlayır - Tarix açıqlandı Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı il üçün altı yeni birbaşa marşrutun açıldığını açıqlayıb.

Aviaşirkət həm yay, həm də qış uçuş cədvəllərinə yeni istiqamətlər əlavə etməklə, sərnişinlərə səyahətlərini daha əvvəlcədən planlaşdırmaq imkanı yaradıb.

Belə ki, mayın 3-dən Belqraddan Bakıya birbaşa uçuşlar başlanacaq.

30 apreldən Santorini, 23 maydan Toronto, 30 sentyabrdan Sevilya, 27 oktyabrdan Terenife, 14 dekabrdan Tromsö istiqamətləri üzrə birbaşa uçuşlara başlanılması nəzərdə tutulub.

Qeyd edilib ki, bütün yeni marşrutlar üzrə biletlər artıq satışa çıxarılıb.

“Air Serbia” bildirib ki, bu genişlənmə dəyişən səyahət tələblərini nəzərə almaqla, təyyarə parkından ilboyu səmərəli istifadəni təmin edir, mövsümilik təsirini azaldır və Belqradı Avropa, Şimali Amerika və inkişaf etməkdə olan bazarlar arasında yaxşı əlaqələndirilmiş aviasiya mərkəzi kimi daha da möhkəmləndirir.

Tehsil-press.az

Oxşar xəbərlər