Gömrükdə daha bir ƏMR: Vəzifəsini itirən polkovnik KİMDİR?

Gömrükdə daha bir ƏMR: Vəzifəsini itirən polkovnik KİMDİR? Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib.

Bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəisi, Gömrük xidməti polkovniki Qədirov Pərviz Paşa oğlu yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər