Rus Evi uzun müddət ərzində ölkəmizdə heç bir qeydiyyatı olmadan fəaliyyət göstəriridi. 2025-ci ilin fevral ayının əvvəlində xəbərdarlıq edilmişdi ki, bu, qəbuledilməzdir. Pozuntular davam etdiyinə görə də Rus Evinin bağlanmasına qərar verildi və icra olundu.Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair mətbuat konfransında deyib.
“Rus Evi ilə bağlı ən son təmas bir neçə həftə öncə olub. Həmin təmaslar Rusiya tərəfindən yarımçıq ləğvetməylə bağlı idi. Müqaviləni başa çatdırmaq, bəzi ödənişlər, icarə, əməkhaqqı və s.
Rusiya tərəfi bu prosesi başa çatdırmaq üçün mərkəzdən - Moskvadan ləğvedicilər təyin etmişdi. Azərbaycana gəldilər və səfirlikdən xahiş etdilər ki, Xarici İşlər Nazirliyi olaraq dəstək verək. Belə bir dəstək tərəfimizdən verildi. Yarımçıq və həll olunmayan məsələ qalmayıb. Ləğvetmə prosesi tam başa çatıb”, - nazir bildirib.
Tehsil-press.az








